“SAB” şirkətinin kolbasasından görün nə çıxdı.. - FOTO

“SAB” şirkətinin kolbasasından görün nə çıxdı.. - FOTO

"Adı kimidadı var” – özünə bu cür iddialı sloqan seçən, hazırladığı məhsulların yüksıkkeyfiyyətinə zəmanət verən, əhalini müxtəlifçeşidli halal kolbas və sosislərlə təmin etdiyini iddia edən "SAB” şirkəti müştəri qınağına tuş gəlib.

Sfera.az-ınməlumatına görə, facebook sosial şəbəkəsində fəaliyyət göstərən "ƏN SONXƏBƏRLƏR” səhifəsində özünü Nazlı Xanım kimi təqdim edən istifadəçi "Sab” şirkətinəqarşı ağlasığmaz ittiham irəli sürüb: "Salam. Mənimşikayətim "SAB” şirkətindəndir. Uşaqlar çox istəmişdi deyə, axşam kolbas aldıq,içindən çıxana baxın- paslanmış bolt!”,-deyə Nazlı Xanım bildirib.

Sözləriniarasında dəmir bolt olan kolbas dilimlərinin fotoları ilə təsdiqləyən xanımınpaylaşımına 369 bəyənmə, 194 şərh gəlib, 155 istifadəçi sözügedən durumu özsosial şəbəkə hesabında paylaşıb. İstifadəçilər bu biabırçılığı sərt şəkildəpisləyərək, səbəbkarların ünvanına lənət yağdırıblar, onların arasında buacınacaqlı vəziyyətə ironik yanaşıb lağa qoyanlar da olub.

Mənbə: sfera.az