İmişlidə "Mersedes" motosikletlə toqquşdu: ölən var

İmişlidə "Mersedes" motosikletlə toqquşdu: ölən var

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Rayonun Oruclu kənd sakini 1986-cı il təvəllüdlü Rzayev Orxan Bəylər oğlunun idarə etdiyi “Mersedes” markalı avtomobillə İmişli sakini, 1955-ci il təvəllüdlü Zeynalov Əlibala Ağabala oğlunun idarə etdiyi motosiklet toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: axar.az