Hacıqabulda avtomobil dirəyə çırpıldı, xəsarət alan var

Hacıqabulda avtomobil dirəyə çırpıldı, xəsarət alan var

Hacıqabulda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Padar kəndindən keçən hissəsində yerləşən körpüdə qeydə alınıb.

Sabirabad rayonunun Kovlar kənd sakini, 1998-ci il təvəllüdlü Burzuyev Əli Əlibəndə oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq körpünün dəmir-beton dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ə.Burzuyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az