Gəncə sakini qəza törətdi, sürücü öldü

Gəncə sakini qəza törətdi, sürücü öldü

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 18-də, saat 1 radələrində, Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Gəncə şəhər sakini Elşən Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Mənbə: report.az