Beyləqanda 240 kq yonca oğurlanıb

Beyləqanda 240 kq yonca oğurlanıb

Beyləqanda oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də rayon ərazisindəki həyətlərin birindən 240 kiloqram (4 kisə) yonca oğurlamaqda şübhəli bilinən Şərq qəsəbə sakinləri Ə.Qarazadə, S.Əliyev və E.Məmmədov saxlanılıblar.

Mənbə: apa.az