Qarabağda erməni əsgərinin öldüyü hərbi hissəsdə intizam cəzaları tətbiq edilib

Qarabağda erməni əsgərinin öldüyü hərbi hissəsdə intizam cəzaları tətbiq edilib

Xəbər verdiyimiz kimi, yanvarın 29-da işğal altında olan Qarabağda yerləşən “Haykazov” briqadasında hələlik naməlum səbəblərə görə erməni əsgər Vahram Avaqyan ölüb. Avaqyanın ölümü əvvəlcə intihar kimi qiymətləndirilib, lakin yaxınlarının etirazından sonra Ermənistan Müdafiə naziri Davit Tonoyan baş vermiş hadisənin onun üçün intihar olmadığını şəxsən bildirib.

Gözlənildiyi kimi, bu hadisə hərbi hissədə böyük gərginliyə səbəb olub və bu gərginliyin zəiflədilməsi istiqamətində addımlar atılıb.

Məlumata görə, kompleks tədbirlər həyata keçirilib, xidməti araşdırmalar əsasında “Haykazov” hərbi hissəsində intizam cəzaları tətbiq edilib. Qeyd olunur ki, bir neçə zabit ehtiyata göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az