Hicab qadağasına riayət etməyən direktor ölümlə təhdid olundu

İsveçin Skone bölgəsində bələdiyyə tərəfindən tətbiq olunan məktəblərdəki hicab qadağasına riayət etməyən "Prastamosse" məktəbinin müdiri Mattias Liedholm ölüm təhdidləri aldığını açıqlayıb.

Primetime.az xəbər verir ki, məktəbə telefonla zəng edən bir şəxs tərəfindən ölümlə təhdid edildiyini bildirən Liedholm "Bu şəxs qərarımdan dolayı başda mən olmaqla məktəbdəki hər kəsi öldürəcəyini dedi. Evimə xoş olmayan məktublar gəldi" - deyə qeyd edib. Məktəbdə 600 şagird olduğunu vurğulan Liedholm qadağadan öncə sadəcə 5 qız şagirdin hicablı olduğunu, qadağadan sonra isə bu rəqəmin yüzdə 400 artdığını deyib. O, danışdığı hicablı şagirdlərin "Bu seçimi qürur duyaraq və istəyərək etdiklərini" dilə gətirdiklərini ifadə edib.

13 yaşından kiçik şagirdlərə hicab qadağası 3 ay əvvəl Skurup Şəhər Şurası tərəfindən qoyulmuş və bölgədəki Prastamosse məktəbinin direktoru Mattias Liedholm "qadağanı tanımadığını və öz məktəbində tətbiq etməyəcəyini" bildirmişdi.
Digər tərəfdən İsveç Milli Təhsil Agentliyindən verilən açıqlamada məktəblərdə hicab qadağasının din və ifadə azadlığını pozduğu və tətbiq edilməyəcəyi bildirilib.

Primetime.az

ƏVVƏLKİ XƏBƏR

Apteklərdə tibbi maska ajiotajı – Sakinlər diqqətli olmalıdır

SONRAKI XƏBƏR

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti qeyri-şəfafdır - Ekspert