Suriya paytaxtında partlayış törədilib, ölən və yaralananlar var

Suriya paytaxtında partlayış törədilib, ölən və yaralananlar var

Terror aktı nəticəsində bir nəfər mülki şəxs həlak olub və daha 5 nəfər yaralanıb...

Suriya paytaxtı Dəməşqdə bir quraşdırılmış bomba işə salınıb. Ölən və yaralananlar var.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bəyanat verib.

Bildirilib ki, Dəməşqin Bab-Musalla adlı kvartalında avtomobillərin birinə quraşdırılmış bomba işə salınıb.

Terror aktı nəticəsində bir nəfər mülki şəxs həlak olub və daha 5 nəfər yaralanıb.

Yaralananlardan bəzilıərinin vəziyyəti ağırdır.

Bu terror aktını hələ heç bir qruplaşma üzərinə götürməyib.

Mənbə: www.interaztv.com