Sulutəpədə avtomobil piyadanı vurdu

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, minik avtomobili yolu keçən Əliyar adlı piyadanı (soyadı dəqiqləşdirilir-red) vurub. Yaralı 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona hər iki ayağın sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Report.az

ƏVVƏLKİ XƏBƏR

Prezident parkinqlərdən danışdı - VİDEO

SONRAKI XƏBƏR

“Gürcüstan-Azərbaycan dostluğu nəsildən-nəslə” adlı sərgi açılıb