Londonda Assanjın ekstradisiyası ilə bağlı texniki məhkəmə başa çatıb

Londonda Assanjın ekstradisiyası ilə bağlı texniki məhkəmə başa çatıb

Əsas dinləmənin ikinci hissəsi may ayında baş tutacaq...

Londonun "Vestminster Magistrat" məhkəməsi "WikiLeaks" saytının təsisçisi Culian Assanjın ekstradisiya edilməsi ilə bağlı texniki iclasa yekun vurub və əsas məhkəmə iclasını 24 fevrala təyin edib.

İnterAz SalamNews-ə istinadən xəbər verir ki, Assanj məhkəmə iclasına "Belmarş" həbsxanasından video bağlantı vasitəsilə qatılıb. İclas zamanı müttəhim iş materiallarını diqqətlə araşdırıb.

Hakim Vanessa Baraytzer Assanjın vəkili və ittihamçı tərəflə iclasların təqvimini təsdiqləyib.

Məhkəmənin ilk hissəsinin bazar ertəsi günü Kral Vulviç Məhkəməsində başlayacağı planlaşdırılır. İclaslar gələn həftə ərzində hər gün keçiriləcək.

Əsas dinləmənin ikinci hissəsi may ayında baş tutacaq.

Mənbə: www.interaztv.com