Evlərdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

Evlərdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

Bakı, 20 fevral, AZƏRTAC

Binəqədi rayonunda altı evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Ağazadə rayon polis idarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş K.Nəcəfovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə onun “Mercedes” markalı avtomobilindən 700 manat və 50 ABŞ dolları məbləğində pul oğurlaması da müəyyənləşdirilib.

Fevralın 18-də Astara rayonundakı evlərin birindən 1800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sərək kənd sakini Ç.Həziyev rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Mənbə: azertag.az