Bakıda 46 yaşlı qadını maşın vurub

Bakıda 46 yaşlı qadını maşın vurub

Xəzər rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən 1974-cü il təvəllüdlü Xasilova Venera Eldost qızını vurub.

Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. V.Xasilovaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mənbə: apa.az