14 yaşlı qıza təcavüzdə günahlandırılan TikTok fenomeni öldürüldü – TƏFƏRRÜAT

14 yaşlı qıza təcavüzdə günahlandırılan TikTok fenomeni öldürüldü – TƏFƏRRÜAT

TikTokda Ares kimi tanınan 18 yaşlı Şehmuz Özdemir dünyasını dəyişib.

TED.az xəbər verir ki, Antaliyada 14 yaşlı qıza təcavüz etdiyi iddia olunan fenomen qızın atası və qardaşı tərəfindən döyülüb.

Baş verən bu hadisə sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Həkimlər 3 gün əvvəl Şehmuzun beyin ölümünün baş verdiyini elan ediblər. 15 gün xəstəxanada müalicə alan Şehmuz Özdemir bu səhər həyatını itirib.

Şehmuz onunla reklam müqaviləsi imzalamaq istədiyini bildirən qızın ata və qardaşı ilə 4 fevral saat 17:00-da kafedə görüşüb. Bir müddət kafedə oturduqdan sonra avtomobillə gediblər.

Şehmuzu meşəyə aparan ata və oğlu onu döyməyə başlayıblar. Ətrafdakıların hadisəni görüb müdaxilə etməsilə gənci xəstəxanaya yerləşdiriblər. Nəticədə qızın atası və qardaşı həbs edilib.

Mənbə: ted.az