Qonşu ölkədə koronavirus dəhşəti: Ölənlərin sayı 9-a çatdı

Koronavirus yavaş-yavaş bizim ölkə üçün də təhlükəyə çerilməyə başlayır. İranda koronavirus dəhşəti yaşanır. Ölənlərin sayı 9-a çatıb.

Bizimyol.info xəbər verir ki, bu gün İranda 7 nəfər bu virusdan həyatını itirib. İran beynəlxalq televiziyası bu haqda məlumat yayıb. “Twitter”də ölənlərdən birinin xəstəxanada son dəqiqələri ilə bağlı video paylaşılır. Koronavirusun qurbanına çevrilən Hüseyn Molayenin böyük qardaşı deyir ki, virusa yoluxma küçədə baş verib. Hüseyn son vaxtlar ümumiyyətlə İranı tərk etməyib.

İran mediasında hökuməti tənqid edən yazılar peyda olub. Hökumət koronavirusla bağlı məlumatları gizlətməkdə ittiham edilir.

Günün ilk yarında rəsmi qurumlar daha 3 nəfərin virusa yoluxmasını etiraf etmişdilər. Həmiş şəxslərin Qum və Ərak şəhərlərində yaşadığı bildirilirdi. Koronavirusla mübarizə üçün xüsusi komissiya da yaradılıb.

Ümumilikdə dünyada bu virusa yoluxanların sayı 80 min nəfərə yaxınlaşır. Bu gün Çin hüdudlarından kənarda İrandan başqa daha bir ölkədə koronavirus qurbanı qeydə alınıb. Cənubi Koreyada virusun yaratdığı pnevmoniyadan ölən olduğu bildirilir. Ölənlərin ümumi sayı 2125 nəfərdir.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

MSK daha bir məntəqəni etibarsız saydı

SONRAKI XƏBƏR

Quduzluq təhlükəsi: vəhşi heyvanlar peyvənd olunur - Baytarlara pnevmatik silahlar da veriləcək