ABŞ-da pensiyaçılar yaşayan kompleksdə atəş açıldı, ölən və yaralananlar var

ABŞ-da pensiyaçılar yaşayan kompleksdə atəş açıldı, ölən və yaralananlar var

ABŞ-ın Kolduell şəhərində (Aydaho ştatı) naməlum şəxs pensiya yaşına çatmış insanlar üçün yaşayış kompleksində atəş açıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Polisin məlumatına görə, zərərçəkənlər, o cümlədən bir polis xəstəxanaya yerləşdirilib. Polis həyati təhlükəsi olmayan xəsarət alıb, digər zərərçəkənlərin vəziyyəti barədə məlumat verilmir.

Polis atəş açan şəxsin ölü halda tapıldığını, təhlükəsizliklə bağlı heç bir problemin olmadığını vurğulayıb.

Mənbə: report.az