Arvadını və oğlunu evdən qovdu, meyiti tanınmaz hala düşdü

Arvadını və oğlunu evdən qovdu, meyiti tanınmaz hala düşdü

Bakının Binəqədi rayonunda evdən meyit tapılıb.

BAKU.WS xəbər verir ki, hadisə Binəqədi rayonu, Xocasən qəsəbəsində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Yaşar Ağasıyevin cəsədi evindən tapılıb.

Qeyd edilir ki, Yaşar Ağasıyev uzun müddət spirtli içki aludəçisi olub. O, bir neçə gün bundan əvvəl həyat yoldaşını və oğlunu evdən qovub.

Hadisənin səhəri qadın və oğlu evə qayıdıblar, amma qapını açan olmayıb. Bir neçə gün sonra Yaşar Ağasıyevdən məlumat ala bilməyən yaxınları qapını sındırıblar və onun meyitini tapıblar.

Onun meyidi tanınmaz hala düşüb. Onun cəsədi müayinə üçün ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Mənbə: baku.ws