Bakıda 81 yaşlı qadın itkin düşdü - FOTO

Bakıda 81 yaşlı qadın itkin düşdü - FOTO

Bakıda yaşlı qadın itkin düşüb.

Oxu.Az xəbər verir ki, 1939-cu il təvəllüdlü Şərqiyyə Rzayeva fevralın 18-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Qadın yaşı ilə bağlı yaddaş zəifliyindən əziyyət çəkir.

Ş.Rzayevanı görənlərdən 070 568 44 69 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Mənbə: www.oxu.az