ABŞ-da yaşayış kompleksində atışma baş verib, ölən var

ABŞ-da yaşayış kompleksində atışma baş verib, ölən var

Amerikanın Kolduel şəhərində təqaüdçülərin yaşayış kompleksində atışma baş verib.

İnterAz-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, naməlum şəxsin hücumu nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Hadisə "Portstevart Apartments" kompleksində baş verib.

Məlumata görə, zərərçəkənlər arasında polis də var. Polis məmurunun həyati təhlükəsi yoxdur, digər zərərçəkənlərin vəziyyəti haqqında məlumat verilmir.

Polis, hücum edən şəxsin öldüyünü açıqlayıb.

Mənbə: www.interaztv.com