Bakıda 64 yaşlı kişinin qarnına dəmir batdı

Bakıda 64 yaşlı kişinin qarnına dəmir batdı

Bakıda 64 yaşlı kişi yıxılaraq xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib.

Xocahəsən qəsəbəsində 1956-cı il təvəllüdlü Nağıyev Saqif Omar oğlu yıxılıb. Bu zaman onun qarın nahiyəsinə dəmir batıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın açıq yarası, sol tərəfin kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.

Mənbə: report.az