Bakıda orta yaşlı kişi dava zamanı bıçaqlanıb

Bakıda orta yaşlı kişi dava zamanı bıçaqlanıb

Bakının Sabunçu rayonunda 36 yaşlı kişi dava zamanı bıçaq xəsarəti alıb.

APA xəbər verir ki, hadisə Nizami İsmayılov küçəsində baş verib.

1983-cü il təvəllüdlü Həsənov Vüsal İsmayıl oğlu naməlum şəxslə mübahisə zamanı bıçaqlanıb. Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

 

Mənbə: apa.az