İranda türk dil haqları fəalları Dünya Ana Dili Gününü həbsdə keçirib

Dünya Ana Dili Günü 1999-cu ilin fevralın 21-dən bəri qlobal şəkildə qeyd edilir. İranda isə ana dili gününü qeyd etdikləri üçün mühakimə edilən fəallar daxil olmaqla bir çox türk dil haqları müdafiəçisi bu günü həbsxanada keçirməkdədir.

Onlarla dil hüquqları fəalı isə İran Azərbaycanı və Tehranda mühakimə prosesinin tamamlanmasını və ya məhkum olduğu cəzanın icraya yönəldilməsini gözləyir.

Tehranda həbs və basqıya məruz qalan türk fəallar və naşirlər

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan Tovhid Əmir-Əmini və Kiyanuş Aslani 21 fevral 2019-da tutulublar. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, onlar Tehranda dünya ana dili günü münasibəti ilə hazırlanmış təbrik kartlarını payladıqları zaman nəzarət altına alınıblar. Əmir-Əmini 7 il 6 ay, Aslani isə 5 il həbsə məhkum olub. Kiyanuş Aslaniyə qarşı əlavə olaraq 2 il qeyri-hökümət təşkilatlara üzvlük və ictimai fəaliyyətdən məhrumiyyət cəzası çıxarılıb.

Keçən yanvar ayının 8-dən bəri Tehranın Evin həbsxanasında saxlanılan Əlirza Fərşi bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında dünya ana dili günü tədbirinə qatıldığı üçün mühakimə olunub. Əlirza Fərşi və onunla birlikdə mühakimə edilən Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi 2 il həbs və əlavə olaraq 2 il sürgün cəzasına məkum olublar.

Kiyanuş Aslani və Tovhid Əmir-Əmini

Hazırda Tehran və İran Azərbaycanının müxtəlif şəhərlərində həbsdə olan Əkbər Nəimi, İbrahim Nuri, Kazım Səfabəxş, Abbas Lisan, Lətif Həsəni, Şahin Bərzgər, Həkimə Əhmədi, Zeynəb Həmrəng, Müjgan Siyami, Əkbər Əzizi, Əbulfəz Fəkuri, Ehsan Şükrxudayi və Məhərrəm Vəlipur kimi fəallar da illərlə türk dil haqları çərçivəsində fəaliyyət göstəriblər.

UNESCO 1999-cu ildə 21 fevralı Dünya Ana Dili Günü elan etdikdən bir neçə il sonra İran Azərbaycanı, eləcə də Tehran kimi vilayətlərdə yaşayan türklər bununla bağlı tədbirlər keçirməyə başlayıblar.

2008-ci ildən bəri Dünya Ana Dili Günü tədbirlərini təşkil edilən və ya qatılan yüzlərlə türk fəal nəzarət altına alınıb və həbs cəzaları ilə qarşılaşıb.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Vyetnamda koronavirusa yoluxan 3 aylıq uşaq sağalıb

SONRAKI XƏBƏR

Kobe Bryantın xatirəsi üçün divar rəsmləri