Meksikada həbsxanada qiyam, ölənlər və yaralananlar var

Meksikanın Tabasko ştatında yerləşən həbsxanada qiyam baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qiyam nəticəsində azı 2 məhbus həlak olub, 25 məhbus isə xəsarət alıb.

Bildirilir ki, həbsxananın mühafizə xidməti qiyamın qarşısını ala bilməyib və həbsxananı tərk ediblər. Daha sonra həbsxanaya hüquq mühafizə qüvvələri cəlb edilib və vəziyyət nəzarət altına alınıb.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

10 saat ölmüş sayılan qadın dəfn qabağı “dirildi” - VİDEO

SONRAKI XƏBƏR

Paraqvayda həbsxanadan qaçmış onlarla məhbus hələ də azadlıqdadır