Azərbaycanda zəlzələ oldu

Yerli vaxtla saat 07:05-də Qobustan stansiyasından 32 kilometr cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə “Report” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Qeyd edilir ki, zəlzələ 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 4 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb. 

Report.az

ƏVVƏLKİ XƏBƏR

İtaliya hökuməti koronavirusa görə Şengen razılaşdırılmasının dayandırılmasını istisna etmir

SONRAKI XƏBƏR

Pentaqon: Bu silahlarla Rusiyanın cavabını verəcəyik!