Koronavirusla əlaqədar İtaliyanın şimalında hərəkət məhdudlaşdırılıb

İtaliyanın şimalında koronavirus təhlükəsi ilə əlaqədar 50 min nəfərin yaşadığı 9 yaşayış qəsəbəsində hərəkət məhdudlaşdırılıb.

APA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, İtaliyada 79 nəfər koronavirusa yoluxub, 2 yaşlı şəxs ölüb.

İtaliya hökuməti sakinlərə həmin yaşayış qəsəbələrini tərk etməyi qadağan edib.

Qeyd edək ki, virusa ən çox yoluxma Lombardiya əyalətində qeydə alınıb. Kodon şəhərində supermarket və restoranlar bağlanıb, insanlar küçələrdə maskalarla gəzirlər. Milanda isə bələdiyyə müəssisələri bağlanıb.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Berlində soydaşlarımızla görüş - VİDEO

SONRAKI XƏBƏR

Çinli turisti koronavirusla qorxudub soydu