İtaliyada koronavirusa yoluxanların sayı 100 nəfəri ötdü

İtaliyanın Lombardiya əyalətində koronavirusa yoluxanların sayı 89 nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Attilio Fontana bildirib.

“Təəssüf ki, Lombardiyada virusa 89 nəfər yoluxub”, - deyə o, “SkyTg24” telekanalının efirində qeyd edib. A.Fontana əlavə edib ki, bununla da İtaliyada yeni virusa yoluxanların sayı 100 nəfəri ötüb.

Son məlumatlara görə, ölkədə virusdan 2 nəfər ölüb. İtaliyanın artıq 5 regionunda virusa yoluxma halları qeydə alınıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rəqs məktəbi açmaq istəyən adam 6 ildir göz qapaqlarını bağlamır - FOTOLAR

SONRAKI XƏBƏR

Rus təyyarələri hərəkətə keçdi: Bu kənd vuruldu