Gəncə şəhərində yerləşən sexlərdən birində yanğın baş verib.
Hadisə şəhərin Mirzə Şəfi Vazeh 61 ünvanında qeydə alınıb.
Yanğın zamanı 24 yaşlı Sabir Nağıyev xəsarət alıb. Onun bədəninin 50 faizinin yandığı bildirilir.
Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti ağırdır.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Alovun söndürülməsi istiqamətində iş aparılır.
Yunis Quliyev
Mənbə: qafqazinfo.az