Hacıqabulda piyadanı maşın vuraraq öldürdü

Hacıqabulda piyadanı maşın vuraraq öldürdü

Hacıqabul rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-a istinadən xəbər verilir ki, hadisə Bakı-Qazax yolunda qeydə alınıb.

Belə ki, magistral yolu keçmək istəyən Ağdam rayon sakini, 1967-ci il təvəllüdlü Babayev Adil Kərəm oğlunu avtomobil vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: bizim.media