Polisə getmədən qeydiyyata necə düşək? - Video

Polisə getmədən qeydiyyata necə düşək? - Video

Daxili İşlər Nazirliyinin “E-Polis” mobil tətbiqi vətəndaşların işini asanlaşdırmağa hesablanıb.

Artıq vətəndaşlar “E-Polis” mobil tətbiqi vasitəsilə olduğu yer üzrə qeydiyyata alınmaq üçün onlayn şəkildə müraciət edə bilərlər.

Belə ki, “E-Polis” mobil tətbiqini “App Store” və ya “Google Play”dən yükləyə bilərsiniz.

Tətbiqdən istifadə qaydaları ilə bağlı aşağıdakı videodan məlumat əldə edə bilərsiniz:

Mənbə: qafqazinfo.az