Almaniyada avtomobil karnaval iştirakçılarına çırpıldı - 30 yaralı var

Almaniyada avtomobil karnaval iştirakçılarına çırpıldı -  30 yaralı var

Almaniyanın Hessen əyalətinin Folkmarzen şəhərində naməlum sürücü avtomobilini karnaval iştirakçılarının üzərinə sürüb.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanların sayı 30-a çatıb. Yaralılar arasında çoxlu sayda uşağın olduğu deyilir.

Polisdən verilən məlumata görə, sürücü avtomobili insanların üzərinə bilərəkdən sürüb. Onun hansı səbəbdən bu addımı atması araşdırılır.

Bəzi mənbələrdə sürücünün 29 yaşlı Almaniya vətəndaşı olduğu bildirilir.

Mənbə: sabah.az