Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, 2002-ci il təvəllüdlü Nuriyev Nurlan Nəsimi oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az