Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 45 yaşlı Ruslan Məmmədovu maşın vurub.
O aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Mənbə: qafqazinfo.az