Tovuzda şagird özünə xəsarət yetirdi

Tovuzda şagird özünə xəsarət yetirdi

Tovuz rayonunda 17 yaşlı gənc özünə xəsarət yetirib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 2003-cü il təvəllüdlü H.Namazov hər iki biləyini iti alətlə kəsib. O, xəstəxanaya aparılıb və həkimlər tərəfindən tibbi yardım göstərilib.

Hazırda H.Namazovun vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi isə hələ ki, məlum deyil.

Qeyd edək ki, özünə xəsarət yetirən şəxs 11-ci sinif şagirdidir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mənbə: report.az