Koronavirusa qarşı peyvənd tapıldı? – Türkiyədən kritik açıqlama

Koronavirusa qarşı peyvənd tapıldı? – Türkiyədən kritik açıqlama

Koronavirus əleyhinə peyvəndin hazırlanması istiqamətində irəliləyişlər olduğunu açıqlayan mərkəz və ölkələr var. Biz isə sabaha peyvəndin praktik istifadə olunacağını gözləmirik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Onun sözlərinə görə, hazırda Türkiyədə koronavirusa yoluxma halı qeydə alınmayıb:

“Amma bu, bizdə koronavirusun aşkarlanmayacağı demək deyil. Peyvəndlə əlaqədar antikor prosesindən sonra klinik araşdırma çox vacibdir. Vaxt aparan proses də məhz klinik tədqiqatdır. Bu müddət ən azı 6-9 ay davam edir. Bu gündən sabaha peyvəndin praktik istifadəyə veriləcəyini gözləmirik”.

Mənbə: teleqraf.com