Arvadını, qaynını və qayınanasını güllələyəndən sonra özünü də öldürdü

Masallı rayonunda kişi arvadı, qaynı və qayınanasını güllələdikdən sonra intihar edib.

“Qafqazinfo”nun əldə etdiyi ilkin məlumata görə, hadisə bir neçə saat öncə rayonun Təzəkənd kəndinə baş verib.

Kişi odlu silahla arvadı, qayınanası və qaynını güllələyib, daha sonra isə özünü güllələyərək öldürüb. Onun arvadı və qaynı hadisə yerində vəfat edib, qayınanasının vəziyyətinin isə ağır olduğu bildirilir.

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Yer kürəsinin yeni təbii peyki kəşf edilib

SONRAKI XƏBƏR

ÜST ekspertləri İrana gələcək