Çində karantində olan 62 yaşlı qadın 8-ci mərtəbədən düşüb qaçdı - VİDEO

Çində karantində olan 62 yaşlı qadın 8-ci mərtəbədən düşüb qaçdı - VİDEO

Çinin Uxan vilayətində koronavirusa yoluxmaması üçün bağlı qapı arxasında saxlanılan 62 yaşlı qadın karantindən çıxmaq üçün çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən düşüb qaçıb. Day.az xəbər verir ki, qadın xəsarət almadan yerə düşüb və nəzarətçilərdən yayınaraq öz işlərinin arxasınca gedib.

Sonradan təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılan yaşlı qadın xəstəxanaya göndərilib və koronavirsla bağlı yoxlamadan keçib. Onda virus aşkar edilməyib, arxasınca gəlmiş oğlunun müşayiəti altında yenidən binaya geri qaytarılıb.

Oğlu koronavirusa yoluxmasından ehtiyat edərək anasını mənzildə bağlı qapı arxasında saxladığını deyib.

 

Mənbə: news.day.az