Yolun kənarında dayanan uşağı vurub öldürdü

Yolun kənarında dayanan uşağı vurub öldürdü

Şəmkir rayonunda qəza nəticəsində 6 yaşlı uşaq ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə təxminən bir saat əvvəl rayonun Qaracaəmirli kəndində baş verib.

Yüksək sürətlə hərəkət edən “VAZ 21015” markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan 2014-cü il təvəllüdlü Paşayev Rüstəm Zaur oğlunu vurub, bunun ardınca isə “VAZ 2107” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 6 yaşlı uşaq vəfat edib. Fatkla bağlı araşdırma aparılır

Mənbə: qafqazinfo.az