ABŞ-da altı yaşlı uşaq saxlanıldı, qoluna qandal vuruldu - SƏBƏB...

ABŞ-da altı yaşlı uşaq saxlanıldı, qoluna qandal vuruldu - SƏBƏB...

Müəllimini təpikləməkdə şübhəli bilinən altı yaşlı bir qızın qoluna qandal vurulması ictimaiyyət tərəfindən sərt qarşılanıb.

Moderator.az xəbər verir ki, rəsmilər azyaşlının qoluna qandal vuran polisi işdən çıxarıblar. Hadisə ölkənin Orlando qəsəbəsində baş verib. Belə ki, Kai R. adlı uşağın polis tərəfindən sorğu-sual edilməsindən sonra başqa bir polis əməkdaşı tərəfindən çəkilən görüntülər sosial mediada yayımlanıb.

Göz yaşı içində “mənə bir şans verin”-deyən uşağı qolu qandallı polis maşınına mindirən Dennis Turner adlı polis əməkdaşı işdən uzaqlaşdırılıb. Görüntülərdə “bir şagirdin qollarının bağlanması şərtmi?” –sualına “bəli, şərtdi. 28 illik iş təcrübəm var və bu illər ərazində 6 min adam saxlamışam. Onlardan ən kiçiyi yeddi yaşındaydı. Rekordu isə bu uşaq qırdı”-deyərək cavab verib.

Polis əməkdaşının ABŞ qanunlarını pozması əsas gətirilərək işdən uzaqlaşdırılıb.

Vasif Əlihüseyn

 

 

 

Mənbə: moderator.az