Təxribata hazırlaşan bir qrup şəxs təhlükəsizlik qüvvələrinin əməkdaşlığı və “SEPAH” quru qüvvələrinin döyüş helikopterləri və pilotsuz uçuş aparatlarının dəstəyi ilə keçirilən əməliyyat nəticəsində 15 nəfər həbs edilib. Bu barədə “Tasnim” məlumat yayıb.
İran-Pakistan sərhəddində (Sistan və Bəlucistanda) həbs edildikləri bildirilən şəxslərin terror əməliyyatları planlaşdırdıqları, onlardan çox sayda silah və sursat götürüldüyü iddia olunub.
Mənbə: avtosfer.az