Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə Bakı – Qazax magistral yolunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Atbulaq kənd sakini 1972-ci il təvəllüdlü Cəbrayılov Asəf Musaxan oğlu yolu keçmək istəyən zaman avtomobil onu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az