Azərbaycandan qayıdan daha iki Gürcüstan vətəndaşı koronavirus şübhəsi ilə karantinə alınıb

Azərbaycan vasitəsi ilə Qırmızı Körpü sərhəd-keçid məntəqəsindən Gürcüstana qayıdan daha iki nəfər də karantinə alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İctimai televiziya kanalı məlumat yayıb.

Onların hər ikisinin Gürcüstan vətəndaşı olduğu bildirilir. Karantinə alınan şəxslərin yüksək bədən temperaturu olduğu və hər ikisinin koronavirusa yoluxub-yoluxmamasının müəyyənləşdirilməsi məqsədi ilə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Ankarada VACİB TOPLANTI: Türkiyə və Rusiya heyəti yenidən görüşəcək

SONRAKI XƏBƏR

Belçikada azərbaycanlı qətlə yetirildi - FOTO