Yırtıcı heyvan əlini dişlədi - Rekord sayda əməliyyat keçirdi - FOTO

Yırtıcı heyvan əlini dişlədi - Rekord sayda əməliyyat keçirdi - FOTO

Misir manqustunu tərəfindən dişlənən qadın rekord sayda əməliyyat keçirməli olub.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Cənubi Afrikalı qadın 2017-ci ildə misir manqustunun hücumuna məruz qalıb. Belə ki, qadının baş və işarə barmaqları arasında olan hissəsini dişləyən heyvan, onun həyatını kabusa çevirib.

Əvvəlcə buna əhəmiyyət verməyən qadın iki gün sonra huşunu itirdiyi üçün xəstəxanaya yerləşdirilib. Məlum olub ki, o zəhərləndiyi üçün bütün həyati orqanları iflas etməyə başlayıb. Bu isə qadını septik şoka salıb.

Həkimlər onun bu vəziyyətdə həyatda qalma şansının az olduğunu bildirib. Buna baxmayaraq onu 11 günlük süni komaya salıblar.
Qanı zəhərləndiyi üçün onun burnu, dodaqları, dizdən aşağı hər iki ayağı və dirsəkdən aşağı hər iki qollarını amputasiya etməyə məcbur olub.

Şan adlı qadın daha sonra burun və dodaqlarını bərpa etdirmək üçün bir çox əməliyyat keçirməli olub.ümumilikdə isə, bu günə qədər toplam 66 əməliyyat keçirməyə məcbur olub.

Şan indi həyatda qalma mübarizəsini sosial media vasitəsilə digər belə vəziyyətdə olan şəxslərlə paylaşır.

Milli.Az

Mənbə: news.milli.az