Azərbaycanın qonşusunda virus qurbanları artdı - 22 ölü

Azərbaycanın qonşusunda virus qurbanları artdı - 22 ölü

Bu barədə İran mətbuatı məlumat yayıb

İranda koronovirus qurbanlarının sahyı hər ötən gün artır. İRNA-nın məlumatına görə, Çindən yayaılan virus 22 nəfərin ölümünə səbəb olub.

Ümumilikdə isə 141 nəfərdə virus əlamətləri müşahidə edilib.

Xatırladaq ki, bu günə kimi adıçəkilən virus Çində 2 744 nəfərin ölümünə səbəb olub. Virusa yoluxmuş 32,4 min nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Virus dünyanın 35-dən artıq ölkəsində qeydə alınıb. Ən çox ölüm halı isə Çindən sonra qonşu İrandadır.

Mənbə: istipress.com