Silahla selfi çəkən dayə azyaşlını vurdu

Silahla selfi çəkən dayə azyaşlını vurdu

ABŞ-ın Texas ştatında ehtiyatsızlıq üzündən bədbəxt hadisə baş verib. Day.az xəbər verir ki, Hyuston şəhərində dayə silahla selfi çəkmək istəyərkən bilmədən 10 yaşlı uşağı vurub.

19 yaşlı dayə Keytlin Smitin ehtiyatsızlıqdan açdığı atəş uşağın qarın nahiyəsinə dəyib. Uşaq təcili xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat edilib.

Dayə həbs edilib, fevralın 28-də məhkəmə qarşısına çıxacaq.

Mənbə: news.day.az