Ata 4 yaşlı qızını öldürdü, həyat yoldaşını, 2-ci uşağını bıçaqladı və intihar etdi

Rusiyanın Lipetsk şəhərində ailələrdən birində yaşanan qanlı dramdan sonra cinayət işi açılıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, yerli sakin həyat yoldaşına və iki övladına bıçaqla hücum edərək intihar edib.

Uşağın biri ölüb. Bu barədə məlumat Rusiya İstintaq Komitəsinin regional idarəsinin saytında yer alıb.

Hadisə fevralın 27-də gecə baş verib.

Hüquq-mühafizə orqanlarına 1983-cü il təvəllüdlü qadın, cinayətkarın həyat yoldaşı müraciət edib. O, ərinin bıçaqla 11 və 4 yaşlarında iki uşağa hücum etdiyini bildirib. Hadisə yerinə gələn müstəntiqlər mənzildə kiçik bir qızın cəsədini tapıblar. Qadın və yaşlı qızı xəstəxanaya yerləşdirilib. Cinayətkarın meyiti onun evinin yanında tapılıb.

İstintaqın məlumatına görə, ölən kişi mübahisədən sonra ailəsinə hücum edib.

O, həmçinin mənzili yandırmağa çalışıb, sonra isə intihar edib.

İnsidentlə bağlı cinayət işi başlanıb. Müəyyən edilib ki, zərər çəkən qadın hakim işləyib.

Babək Göyüş

KONKRET.az

konkret.az

ƏVVƏLKİ XƏBƏR

“KTMT Ermənistan-Azərbaycan sərhədində sabitliyi təmin edə bilər" - Səfir

SONRAKI XƏBƏR

Neft Fondu neft-qaz sazişlərinin həyata keçirilməsindən əldə olunan gəlirlərini açıqlayıb