Koronavirus Pakistana da "ayaq açdı": 2 nəfər yoluxub

Koronavirus Pakistana da "ayaq açdı": 2 nəfər yoluxub

Koronavirusun episentri hesab olunan Çin və çoxsaylı insanın yoluxduğu İranla sərhəddə yerləşən Pakistanda ilk dəfə olaraq, iki nəfər koronavirusa yoluxub.

“Sherg.az” “Lefigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Pakistan baş nazirinin səhiyyə məsələləri üzrə müşaviri Zəfər Mirzə öz Tviterində məlumat verib.

O bunları qeyd edib:

“Mən bu iki halı təsdiq edirəm. Kliniki protokollara görə də, bu hal təsdiqlənib. Hazırda həmin şəxslər müayinə olunurlar. Səhhətləri hələ ki, stabildir”.

Qeyd edək ki, həmin xəstələr tələbələrdir.

Mənbə: sherg.az