Azərbaycanda daha bir DƏHŞƏT: ata və oğlu güllələnərək öldürüldü

Azərbaycanda daha bir DƏHŞƏT: ata və oğlu güllələnərək öldürüldü

Bu gün Yardımlı rayonunda dəhşətli qətl törədilib.

Publika.az xəbər verir ki, hadisə rayonun Eçara kəndi yaxınlığındakı fermada baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan şəxs ferma sahibi Kərimov Şəmsəddin Fərhad oğlu ilə onun 28-30 yaşlı oğlunu güllələyərək öldürüb. Qatil daha sonra silahı ilə birlikdə qaçıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Muxtar

Mənbə: publika.az