Yaponiyada BÜTÜN məktəblər bağlanır – Koronavirusa görə

Yaponiyanın Baş naziri Sindzo Abe hökumətdən ölkədə koronavirusla mübarizə məqsədilə bütün məktəblərin bağlanmasını tələb edəcək. Day.az xəbər verir ki, dərslərin martın 2-dən yaz tətilləri başlayana qədər dayandırılması nəzərdə tutulur. Yaponiyada isə məktəbdən asılı olaraq tətillər martın ortaları və ya sonu başlayır. Beləliklə, vəziyyət sabitləşərsə, şagirdlərin apreldə dərslərə qayıdacaqları qeyd edilir.

Hokkaydo prefekturası və Osaka şəhərində isə ayrı-ayrı məktəblərdə dərslər artıq dayandırılıb.

Qeyd edək ki, son məlumata görə, dünyada bu virusa yoluxanların sayı 80 mini keçib, 2 mindən çox nəfər isə ölüb.

Day.az

ƏVVƏLKİ XƏBƏR

İnam Kərimov “AMAL”ın iştirakçıları ilə görüşüb - Fotolar

SONRAKI XƏBƏR

Daha iki ölkədə koronavirusa yoluxanların sayı artdı