Bakıda qadına qarşı ŞOK CİNAYƏT – Silahı dirədilər və...

Bakıda qadına qarşı ŞOK CİNAYƏT – Silahı dirədilər və...

Bakıda qadına qarşı quldurluq edilib.

News24.az-ın məlumatına görə, Ləman Əliyevaya qarşı quldurluq əməli törətmiş Hüseynov Elmar Elçin oğlu cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci, yəni, quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə maddəsi ilə iş açılıb.

Qeyd edək ki, Elmar Hüseynov L.Əliyevanın tək olmasından istifadə edərək onu silahla hədələyərək soyub.

Günahı sübuta yetirilsə onu səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Mənbə: news24.az