İmişlidə qadın piyadanı avtomobil vurdu

İmişlidə qadın piyadanı avtomobil vurdu

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, qəza Mürsəlli kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1961-ci il təvəllüdlü Ziyafət İslam qızı Əliyevanı avtomobil vurub. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az