Bərdədə traktor aşdı, sürücü yaralandı - FOTO

Bərdədə traktor aşdı, sürücü yaralandı - FOTO

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Belarus" markalı traktor idarəetməni itirərək iki qoşqusu ilə birgə aşıb. Nəticədə sürücü, 1979-cu il təvəllüdlü Samir Əhməd oğlu Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az